...

Təhsil nazirliyi ali məktəblərdə qış sessiyası zamanı mərkəzi operativ qərargah yaradılacaq

Cəmiyyət Materials 6 Yanvar 2006 14:32 (UTC +04:00)

Ali məktəblərdə qış sessiyası zamanı Təhsil nazirliyi tərəfindən mərkəzi operativ qərargah yaradılacaq. Bu qərar Azərbaycanın təhsil naziri Misir Mərdanovun ali məktəblərin rektorları ilə görüşü zamanı qəbul olunub. Nazirlikdən Trend ə verilən məlumata görə, qərargah sessiya zamanı yarana biləcək problemlərin həlli məqsədilə yaradılır.

Görüşdə qarşıdakı sessiyaya hazırlıq, imtahanlar zamanı mənfi amillərə yol verilməsinin qarşısının alınması ilə bağlı məsələlər müzakirə mövzusu olub. Nazir rektorlara qarşıdakı imtahanlarla bağlı bütün problemləri vaxtında həll etmək göstərişi verib.

Xəbər lenti

Xəbər lenti