...

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası beynəlxalq proqramlar üzrə magistraturaya qəbul keçirir

Cəmiyyət Materials 6 Yanvar 2006 16:39 (UTC +04:00)

Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) MBA və TEMPUS-TACIS beynəlxalq proqramları üzrə magistraturaya qəbul keçirir. Bu barədə Trend ə TQDK-dan məlumat verilib. Sənədlərin qəbulu 2006-cı il yanvarın 15-dən TQDK yanında yaradılan sənəd qəbulu üzrə komissiyada həyata keçirilir. Cəmi 616 yer ayrılıb ki, onlardan 583-ü MBA proqramı, 33-ü isə TEMPUS-TACIS üzrədir. Sənəd vermək hüququna yüksək bazalı peşəkar təhsil proqramlarından biri üzrə təhlsilini başa vurmuş və ali məktəbi bitirmək barədə diploma malik olan şəxslər malikdirlər. Qeyd edək ki, MVA proqramının fəaliyyət göstərdiyi Azərbaycan Dövlət Neft Akademiyası, Dövlət İqtisad Universiteti, "Odlar Yurdu" Universiteti, Qərb Universiteti və Xəzər Universitetinin ixtisaslarından asılı olmayaraq bütün bakalavrları magistiraturaya sənəd verə bilərlər.

Azərbaycanda TEMPUS-TACIS proqramının fəaliyyət göstərdiyi Memarlıq və İnşaat Universitetinin magistraturasına T 190000, T 200000, T 210000, T 220000, T 230000 şifrəli ixtisaslar yönümündə bitirmiş bakalavrlar sənədlərini verə bilərlər. TEMPUS-TACIS proqramının fəaliyyət göstərdiyi Azərbaycan Dövlət Neft Akademiyası, Sumqayıt Dövlət Universitetinin magistraturasına təkcə HS və M şifrəli istiqamətlər istisna olmaqla bütün digər ixtisas istiqamətlərini bitirmiş bakalavrlar sənədlərini təqdim edə bilərlər.

Xarici ölkələrin vətəndaşları, eləcə də xarici ölkələrdə ali məktəbləri bitirmiş Azərbaycan Respublikasının vətəndaşları Təhsil Nazirliyinə ixtisasının şifrəsi və müvafiq istiqamətin göstərildiyi diplomlarının tanınması barədə arayış təqdim etməlidirlər.

Xəbər lenti

Xəbər lenti