...

Zakir Nəsirovun həbs müddəti uzadılıb

Cəmiyyət Materials 6 Yanvar 2006 16:49 (UTC +04:00)

Daxıli İşlər Nazirliyi Baş Cinayətkarlıqla Mübarizə İdarəsinin keçmiş rəisi, hazırda həbsdə olan Zakir Nəsirovla bağlı istintaq müddəti uzadılıb. Bu barədə Trend ə Z. Nəsirovun vəkili Adil İsmayılov məlumat verib.

Vəkil qeyd edib ki, istintaq müddəti artıq ikinci dəfədir uzadılıb. "Qanunauyğun olaraq bu dəfə də müddət 3 aylıq uzadılıb. Səbəb dindirmələr zamanı yeni şahidlərin müəyyən edilməsi və digər bir sıra istintaq hərəkətlərinin hələ də başa çatmamasıdır".

A.İsmayılov istintaq hərəkətlərinin öz qaydasında davam etdirildiyini bildirib.

Qeyd edək ki, bu yaxınlarda baş prokuror Zakir Qaralov jurnalistlərlə söhbətində bildirib ki, Zakir Nəsirov rəhbəri olduğu idarənin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun cinayət əməllərini bilib gizlətməkdə və həmin cinayətlərin bəzisində iştirak etməkdə təqsirli bilinir.

Xəbər lenti

Xəbər lenti