...

"Elmar Hüseynov fondu"nun təsisçiləri dəyirmi masa keçirib

Cəmiyyət Materials 6 Yanvar 2006 17:13 (UTC +04:00)

Martın 2-də Kütləvi İnformasiya Vasitələrinin əməkdaşları mərhum həmkarları, "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun ölümünün ildönümünü yüksək səviyyədə qeyd edəcək. Trend məlumat verir ki, bu qərar yanvarın 6-da "Elmar Hüseynov fondu"nun təsisçiləri ilə E.Hüseynovun qətlini araşdıran ictimai təhqiqat qupunun üzvlərinin Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyi dəyirmi masada qəbul olunub.

İcitmai Təhqiqat qrupunun üzvü Şahbaz Xuduoğlu bildirib ki, E.Hüseynovun ölümü ildə əlaqədar martın 1-də Bakıda beynəlxalq təşkilatların nümayəndələrinin də iştirakı ilə konfrans keçirilməsi planlaşdırılıb. "Martın 2-də saat 17.00-da isə qərarımıza uyğun olaraq E.Hüseynovun məzarının önünə yığışacağıq. Onun ruhunu yad etdikdən sonra mərasim iştirakçıları kütləvi şəkildə Elmarın qətlə yetirildiyi ünvana yollanacaqlar. Jurnalistin güllələndiyi yerə gül çələngləri düzüləcək", - deyə Ş.Xuduoğlu bildirib.

Xəbər lenti

Xəbər lenti