...

"Neftçi" legionerləri nəzərdən keçirir

Cəmiyyət Materials 6 Yanvar 2006 17:17 (UTC +04:00)

Moskvada keçiriləcək Birlik Kubokunda çıxışa hazırlaşan "Neftçi" futbol klubu bir sıra legionerləri nəzərdən keçirir.

Komandanın məşqçisi Ağasəlim Mircavadov Trend ə bildirib ki, futbolçular yanvarın 6-dan məşqləri bərpa edib.Buna görə klubun tərkibində Albaniyadan yarımmüdafiəçi İsmət Munişi, ukraynalı Viktor Brovçenko və İqor Miqalaçuk, eləcə də Serbiyadan Duşan Vedoyeviç ilə bağlı baxış keçirilir. Həmçinin Sofiyanın "Lokomotiv" klubunda çıxış edən bolqarıstanlı legioner Svetoslav Petrov da "Neftçi"nin ixtiyarındadır.

Eyni zamanda A.Mircavadov qeyd edib ki, hələlik adıçəkilən oyunçuların gələcəkdə Bakının klubunda olmasına hazırlaşmaq tezdir və hər şey Antalyada növbəti hazırlıqlardan sonra qəti aydın olacaq.

Xəbər lenti

Xəbər lenti