...

Ali Məhkəmə Sülhəddin Əkbərin şikayətini təmin edib

Cəmiyyət Materials 7 Yanvar 2006 11:47 (UTC +04:00)

Ali Məhkəmənin Mülki işlər üzrə Məhkəmə Kollegiyası Müsavat Partiyası başqanının müavini, 6 noyabr parlament seçkisində 19 saylı Nərimanov 1-ci seçki dairəsindən deputatlığa namizəd olmuş Sülhəddin Əkbərin kassasiya şikayətini təmin edib. Bu barədə Trend ə S.Əkbərin vəkili İntiqam Əliyev məlumat verib.

Qeyd edək ki, Sülhəddin Əkbər 19 saylı Nərimanov 1-ci seçki dairəsi üzrə seçkinin nəticələrinin ləğv edilməsi və seçki qanunvericiliyinin tələblərini pozan, əməllərində cinayət tərkibi olan komissiya üzvlərinin, vəzifəli şəxslərin məsuliyyətə cəlb olunması tələbi ilə MSK-ya şikayət vermişdi. Lakin MSK bu şikayətin təmin edilməməsi barədə qərar çıxarmışdı. Deputatlığa namizədin vəkilləri ondan apellyasiya şikayəti veriblər, lakin Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyası iddianın yolverilməzliyinə görə şikayət ərizəsinin qəbul edilməsindən imtina barədə qərardad qəbul edib.

Həmin qərardaddan da verilən kassasiya şikayətinə hakim Bağır Əsədovun sədrliyi ilə Ali Məhkəmənin Mülki işlər üzrə Məhkəmə Kollegiyasında baxılıb və aşağı məhkəmənin qərarı ləğv edilib. İndi isə Apellyasiya Məhkəməsi şikayətə mahiyyəti üzrə baxmalıdır.

Xəbər lenti

Xəbər lenti