...

Şəhriyar Məmmədyarov: "FİDE reytinqində mövqenin yüksəldilməsi mənim üçün gözlənilməz olmadı"

Cəmiyyət Materials 7 Yanvar 2006 12:15 (UTC +04:00)

" Mən FİDE reytinqində öz yüksəlişimi gözləyirdim və bu, mənim üçün gözlənilməz olmayıb". Bu barədə Trend ə Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov bəyan edib.

Şahmatçı etiraf edib ki, təsnifatda indiki on beşinci mövqe onun üçün yüksək hədd deyil. " Bu yaxınlarda İstambulda gənclər arasında keçirilmiş dünya birinciliyində əldə etdiyim qələbəni nəzərə alaraq daha yüksək yerdə qərar tutacağımı güman edirdim. Amma görünür ki, Xantı-Mansiyskdə keçirilmiş dünya Kubokundakı uğursuz çıxış mənə mühüm xallar qazandırmayıb" -deyə idmançı qeyd edib.

Onun sözlərinə görə, reytinqi qoruyub saxlamaq və xüsusən də yüksəltmək asan olmayacaq. Amma Şəhriyar əldə etdiyi nəticə ilə kifayətlənmək niyyətində deyil. Qrossmeyster ilk onluğa düşməyi planlaşdırır və bunun üçün o cari ilin yarışlarında uğurla çıxış etməlidir.

Xəbər lenti

Xəbər lenti