...

Ağacan Əbiyev Avropa Assosiasiyasının Fövqəladə Konqresində iştirak edəcək

Cəmiyyət Materials 7 Yanvar 2006 13:44 (UTC +04:00)

Azərbaycan Boks Federasiyasının prezidenti Ağacan Əbiyev yanvarın 13-15-də Praqada keçiriləcək Avropa Assosiasiyasının Fövqəladə Konqresində iştirak edəcək.

A.Əbieyvin Trend ə verdiyi məlumata görə, forumun gedişində bir sıra Federasiyalar təşkilatın hazırki rəhbərliyinə, eləcə də vitse-prezident Kaner Doqaneliyə etimadsızlıq rəyi ifadə etmək niyyətindədirlər. "Hələləik Konqresə neçə ölkənin toplaşacağı məlum deyil. Odur ki, onun təfərrüatları barədə bir qədər sonra danışmaq mümkündür", -deyə A.Əbiyev bildirib.

Qeyd edək ki, Azərbaycan Avropa boksunda islahatların aparılmasının tərəfdarı olan təşəbbüs qrupuna daxildir. Həm də AAFK-nin üzvlərinin əksəriyyəti belə hesab edir ki, Assosiasiyanın hazırki rəhbərliyi idmanın bu növünün inkişafını ləngidir və bundan da Federasiyalar əziyyət çəkir

Xəbər lenti

Xəbər lenti