...

"Neftçi" Samir Əliyevlə razılığa gələ bilər

Cəmiyyət Materials 9 Yanvar 2006 12:46 (UTC +04:00)

"Neftçi" futbol klubu "Xəzər"ə transferi planlaşdırılan forvard Samir Əliyevin xidmətlərində maraqlı deyil.

Komandanın məşqçisi Ağasəlim Mircavadov Trend ə bəyan edib ki, hücumçunun bakılıların sırasına keçid imkanı barədə danışıqlar baş tutmayıb. "Samirin maddi tələbləri bizim üçün çox böyük oldu və bu, "Neftçi"nin rəhbərliyinə sərfəli deyil. Buna görə də biz bu istedadlı forvardın mümkün xidmətindən imtina etməyi qərara aldıq" -deyə mütəxəssis bildirib.

Eyni zamanda Ali liqanın bir sıra klublarının S.Əliyevə iddialı olduğu nəzərə alınarsa, onda Azərbaycan çempionatının ikinci dövrəsi başlananadək yəqin ki, o, klubsuz qalmayacaq.Xüsusilə birinciliyin ikinci hissəsinə hazırlığa başlayan "Karvan" və "İnter" də futbolçu ilə maraqlanır.

Xəbər lenti

Xəbər lenti