...

Şeyxulislam xalqı Qurban bayramı münasibətilə təbrik edib

Cəmiyyət Materials 9 Yanvar 2006 13:32 (UTC +04:00)

"Azərbaycan xalqını Qurban bayramı münasibətilə ürəkdən təbrik edir və soydaşlarıma firavanlıq, mənəvi saflaşma, sülh və əmin-amanlıq arzu edirəm". Trend bildirir ki, bu barədə Qafqaz müsəlmanları idarəsinin (QMİ) sədri, şeyxulislam, hacı Allahşükür Paşazadənin Azərbaycan xalqına təbrikində deyilir.

"Bu bayram İslamın yüksək dəyərlərindən olan Həcc ziyarətinin başa çatmasını xəbər verir. Bu bayram İslamın ədalət, mərhəmət, doğmalara qayğı kimi mənəvi dəyərlərini bir daha bizə xatırladır. Bütün zamanlarda bu dəyərlər sülh və dirçəlişə xidmət edib"-deyə təbrikdə deyilir.

Şeyxulislam qeyd edib ki, "Qurban bayramı İnsanı öz yaradanına yaxın edir, Onun Rəhmi və Mərhəmətinə pənah aparmağa sövq edir, İslamın xeyirxahlıq, vətənə məhəbbət, xeyir-bərəkət kimi yüksək mənəvi keyfiyyətlərini bəxş edir".

"Məhz öz yaxınlarına, qaçqın və köçkünlərə, maddi sıxıntı içində olan kimsəsizlərə qayğı göstərmək bu bayramı daha da mənalandırır, bizə ruhi saflığımızı qorumağa və inamımızı möhkəmləndirməyə kömək edir" -deyə təbrikdə qeyd olunur.

Qafqaz xalqlarının dini lideri bütün müsəlmanlara firavan həyat, mənəvi saflaşma, sülh və əmin-amanlıq arzulayıb.

Xəbər lenti

Xəbər lenti