...

Yanvarın üçüncü ongünlüyündə Milli Teleradio Şurasının illik hesabat konfransı keçiriləcək

Cəmiyyət Materials 11 Yanvar 2006 13:01 (UTC +04:00)

Yanvarın üçüncü ongünlüyündə Azərbaycan Milli Televiziya və Radio Şurasının 2005-ci ilin yekunlarına dair illik hesabat konfransı keçiriləcək. Bu barədə Trend ə Milli Teleradio Şurasından məlumat verilib.

Toplantı yanvarın 23-ü və ya 24-də keçiriləcək. Qeyd edək ki, Teleradio Şurasının illik toplantıları ənənəvi olaraq bu qurumun yarandığı tarixdə, yəni yanvarın 22-də keçirilir. Bu il həmin tarix bazar gününə təsadüf etdiyindən, illik toplantı ertəsi günü keçiriləcək.

Hesabat konfransında Teleradio Şurasının 2005-ci il ərzində fəaliyyətinə, gördüyü işlərə dair məlumat veriləcək. Televiziya və radio kanallarının fəaliyyətinə dair monitorinqlər, yeni kanallara lisenziyalar verilməsi, həmçinin, mövcud kanalların lisenziyalarının uzadılması və digər məsələlər barədə açıqlamalar veriləcək. Hesabat konfransından əvvəl Şuranın iclasının keçirilməsi gözlənilir. Çünki telekanalların barəsində müvafiq qərarlar qurumun iclasında çıxarılır.

Qeyd edək ki, konfransda Teleradio Şurasının 3-cü ildönümü də qeyd olunacaq.

Xəbər lenti

Xəbər lenti