...

Azərbaycanın təhsil naziri Avropa Şurası ölkələri nazirlərinin 22-ci sessiyasında iştirak edəcək

Cəmiyyət Materials 11 Yanvar 2006 14:23 (UTC +04:00)

Azərbaycanın təhlsil naziri Misir Mərdanov yanvarın 27-də İstanbulda keçiriləcək Avropa Şurasına (AŞ) üzv olan ölkələrin nazirlərinin 22-ci sessiyasında iştirak edəcək. Bu barədə Trend ə Azərbaycanın Təhsil Nazirliyindən məlumat verilib.

AŞ-na üzzv olan ölkələrin nazirlərinin növbəti görüşünün gedişində təşkilata bu yaxınlarda daxil olman ölkələrin inteqrasiya məsələləri, Avropa təhsil sistemi, məktəblərdə müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqinin perspektivləri müzakirə olunacaq.

Görüşdə nümayəndə heyətləri ölkələrində mövcud olan problemlər, məktəblərin inkişafı perspektivləri, müasir texnologiyanın tətbiqi barədə fikir mübadiləsi aparacaqlar.

Xəbər lenti

Xəbər lenti