...

Rus kilsəsinin rəhbəri Aleksiy Qafqaz müsəlmanlarını bayram münasibəti ilə təbrik edib

Cəmiyyət Materials 11 Yanvar 2006 14:48 (UTC +04:00)

Moskvanın və Bütün Rusiyanın patriarxı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadəyə Qurban bayramı münasibətilə təbrik məktubu göndərib.Bu barədə Trend ə QMİ-dən məlumat verilib.

Məktubda bildirilir:"Sizi və bütün Qafqaz müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edirəm. Bu bayram müsəlmanlara Ulu Tanrıya inam və etimad uğrunda mübarizəni xatırladır. Ümid edirəm ki, qarşılıqlı anlaşma ruhu bundan sonra da Pravoslav Kilsəsi ilə islam və Azərbaycan Respublikasının ərazisində mövcud olan digər ənənəvi dinlər arasında da mehriban əməkdaşlığını möhkəmlənəcək".

"Həmişə Sizin səxavtəli qonaqpərvərliyinizi və səmimi ünsiyyətinizi məmnuniyyətlə xatırlayacağam", - deyə məktubda bildirilir.

Xəbər lenti

Xəbər lenti