...

Qrossmeyster Azər Mirzəyev İspaniyada keçirilmiş turnirdə dördüncü yeri tutub

Cəmiyyət Materials 11 Yanvar 2006 17:50 (UTC +04:00)

Azərbaycan qrossmeysteri Azər Mirzəyev Montilada (İspaniya) başa çatmış beynəlxalq turnirdə dördüncü yeri tutub.

Trend bildirir ki, yarışın doqquz turunun yekunlarına əsasən şahmatçı 6,5 xal toplayaraq ilk üçlükdən geri qalıb. Beləliklə, o, yarışın qalibi olmuş rumıniyalı Mixay Şubdan bir xal geri qalıb.

Demək olar ki, İspaniya turniri ilə eyni vaxtda keçirilən Fransanın Açıq Çempionatı da başa çatıb. Orada respublikanın Namiq Quliyev təmsil edib. Yarış öncəsi qrossmeyster oyunun favoritlərindən biri kimi tanınaraq iştirakçılar arasında yüksək reytinqə malik idi. Amma birinciliyin yekunlarına əsasən o, keçirilmiş doqquz partiyada 6,5 xal toplayaraq səkkizinci yerdə qərar tutub.

Qeyd etmək lazımdır ki, yarışda on iki ölkədən 96 idmançı iştirak edirdi.

Xəbər lenti

Xəbər lenti