...

"Elmar Hüseynov fondu"nun təşəbbüsü ilə jurnalistlərin piketi keçirilib

Cəmiyyət Materials 12 Yanvar 2006 16:07 (UTC +04:00)

Yanvarın 12-də "Elmar Hüseynov fondu"nun təşəbbüsü ilə Sabir bağında jurnalistlərin icazəsiz piketi keçirilib. Trend məlumat verir ki, aksiya "Monitor" jurnalının baş redaktoru, mərhum Elmar Hüseynovun qətli ilə bağlı istintaq işinin sürətləndirilməsi tələbi ilə başlayıb.

Piketdə "Elmar Hüseynov fondu"nun həmtəsisçisi, "Qanun" jurnalının baş redaktoru Şahbaz Xuduoğlu aksiya iştirakçıları qarşısında fondun qətnaməsini oxuyub.

Aksiya 10 dəqiqə davam edib və polisin təşkilatçılara müraciətindən sonra yekunlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti