...

AR XİN-ə rusiyalı zəvvarların ölkə ərazisindən keçməsi ilə bağlı heç bir müraciət daxil olmayıb

Cəmiyyət Materials 12 Yanvar 2006 18:14 (UTC +04:00)

Azərbaycan XİN-ə rusiyalı zəvvarların ölkə ərazisindən keçməsi ilə bağlı Rusiya XİN-dən hələlik heç bir müraciət daxil olmayıb. Bu barədə Trend ə AR XİN-in mətbuat və informasiya siyasəti idarəsinin rəisi Tahir Tağızadə quş qripi virusunun yayıldığı Türkiyə ərazisindən zəvvarların əvvəlki marşrutunun dəyişməsi ilə bağlı Rusiya hökumətinin öz zəvvarlarının mənzilbaşına çatması üçün optimal variant tapması niyyətini şərh edərkən bildirib.

Onun sözlərinə görə, əgər belə bir müraciət daxil olsa, onda XİN bu məsələyə baxacaq.

Xatırladırıq ki, Rusiya XİN ölkə zəvvarlarının əvvəlki marşrutunun keçdiyi ölkələrlə sərhədi keçməsi məsələsini razılaşdırmağa hazırlaşır. Bu barədə cümə axşamı günü Rusiya XİN başçısı Sergey Lavrov bəyan edib. O, bildirib ki, zəvvarların cəmi sayı 13 mindən çoxdur. Onlardan yalnız dörd mini Səudiyyə Ərəbistanına təyyarə ilə, qalanlar isə avtobuslarla gedib.

Xəbər lenti

Xəbər lenti