...

"AzərReyl" Perucadan İstambula yola düşüb

Cəmiyyət Materials 13 Yanvar 2006 12:49 (UTC +04:00)

Qadınlardan ibarət "AzərReyl" voleybol klubu Çempionlar Liqasının qrup mərhələsinin 10-cu turu çərçivəsində "Günəş Vaqifbank" klubuna qarşı matça sonuncu hazırlıq mərhələsini keçirmək üçün İstambula gedib.

Milli Federasiyadan Trend ə verilən məlumata görə, komanda İstambula Perucadan yola düşüb. Xatırladaq ki, "AzərReyl" Perucanın "Pallavolo Sirio" komandasına 0:3 hesabı ilə məğlub olub. "Günəş Vaqifbank" klubu ilə qarşılaşma yanvarın 17-də başlasa da, oyuna gələcək rəqibin meydanında hazırlaşmaq qərara alınıb. Məhz bu matç "B" qrupunda komandaların dəqiq mövqeyini müəyyən edəcək. Lakin o da məlumdur ki, Faiq Qarayevin yetirmələri üçüncü yerdən aşağı mövqedə qərarlaşmayacaq.

Xatırladaq ki, Bakıda keçirilmiş birinci matçda "Günəş Vaqifbank" gərgin mübarizədə ev sahiblərini 3:2 hesabı ilə məğlub etmişdir.

Xəbər lenti

Xəbər lenti