...

Surət Hüseynovun cangüdəninin məhkəməsi başlanıb

Cəmiyyət Materials 13 Yanvar 2006 16:53 (UTC +04:00)

Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə hakim Məmmədbağır Zeynalovun sədrliyi ilə keçmiş baş nazir Surət Hüseynovun cangüdəni Füzuli Hüseynovun məhkəməsi başlanıb. Bu barədə Trend ə hakim Məmmədbağır Zeynalov məlumat verib.

Füzuli Hüseynov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 279.1-ci (qanunsuz silah gəzdirmə) maddəsi ilə təqsirləndirilir. İttiham sənədlərində qeyd olunur ki, 1992-ci ildə Bakıdakı N saylı hərbi hissədə qulluq edən F.Hüseynov həmin ilin dekabr ayında 3 günlük məzuniyyətə buraxılıb. Məzuniyyət müddətində Gəncə şəhərinə gedərək idmançı dostlarının vasitəsiylə Surət Hüseynovla tanış olub və onun cangüdəni kimi fəaliyyətə başlayıb.

Məzuniyyət müddəti bitdikdən sonra Füzuli Hüseynov Surət Hüseynovun köməkliyi ilə Bakıdakı N saylı hərbi hissədən S.Hüseynovun rəhbərlik etdjiyi Gəncədəki N saylı hərbi hissəyə köçürülüb. Adı rəsmi şəkildə hərbi hissədə qeydiyyatda olsa da özü canqgüdən kimi fəaliyyətini davam etdirib. O, cangüdən işlədiyi müddət ərzində qanunsuz olaraq "AKSU"" markalı avtomat və "Makarov" markalı tapança gəzdirib və S.Hüseynovun başçılıq etdiyi qanunsuz silahlı dəstənin üzvü olub.

1994-cü il oktyabr ayının əvvəllərində silahlı dəstə ifşa edildikdən sonra Füzuli Hüseynov həbs olunacağından qorxaraq Rusiyaya qaçıb. Həmin vaxtdan onun barəsində həbsli axtarış elan edilib. F.Hüseynov 2005-ci ilin yayında Azərbaycana qayıdaraq könüllü şəkildə istintaq orqanlarına təslim olub.

Xəbər lenti

Xəbər lenti