...

Apellyasiya şikayətlərinin qəbulu müddəti başa çatıb

Cəmiyyət Materials 13 Yanvar 2006 18:10 (UTC +04:00)

Vakant hakim yerlərinə hakim seçilmək üçün imtahan vermiş və ikinci mərhələdə müvəffəqiyyətsizliyə uğramış namizədlərdən bəzilərinin apellyasiya şikayətlərinin qəbulu mərhələsi başa çatıb. Bu barədə Trend ə Məhkəmə Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov məlumat verib.

"Həmin namizədlər imtahanın ikinci mərhələsinin nəticəsi ilə razılaşmayıblar və qaydaya uyğun olaraq nəticələrin açıqlanmasından 5 gün sonra apellyasiya şikayəti veriblər. Artıq bu gün şikayətlərin qəbulu başa çatıb. Sabahdan etibarən hər hansı namizədin edəcəyi şikayət gecikmiş hesab olunacaq və qəbul edilməyəcək. Bu günə qədər daxil olmuş şikayət ərizələri isə yaxın günlərdə Hakimlərin Seçki Komitəsində araşdırılacaq və cavablar yaradılacaq xüsusi komissiya üzvləri tərəfindən təkrar yoxlanılacaq. Əgər Hakimlərin Seçki Komissiyasının növbəti qənaəti də namizədləri qane etməsə, o zaman onlar Məhkəmə-Hüquq Şurasına müraciət edə bilərlər", - deyə C.Hüseynov söyləyib.

C.Hüseynovun sözlərinə görə, bu proseslər başa çatandan sonra imtahanın üçüncü mərhələsinə start veriləcək. "C.Hüseynov: "Üçüncü mərhələ şifahi imtahan olacaq və müsahibə mərhələsi adlanacaq. Həmin mərhələnin tarixi və keçiriləcək yeri Məhkəmə Hüquq Şurası tərəfindən müəyyən ediləcək".

Xəbər lenti

Xəbər lenti