...

Azərbaycan və Rusiya tarixçiləri Qafqaz tarixinin araşdırılmasında əməkdaşlıq edəcəklər

Cəmiyyət Materials 13 Yanvar 2006 18:33 (UTC +04:00)
Azərbaycan və Rusiya tarixçiləri Qafqaz tarixinin araşdırılmasında əməkdaşlıq edəcəklər

Azərbaycan və Rusiyanın tarixçi alimləri Qafqazın tarixinin araşdırılmasında əməkdaşlıq edəcəklər. Trend in məlumatına görə, belə razılaşma yanvarın 13-də məşhur Rusiya Qafqazşünas tarixçisi, Rusiyanın Yazıçılar və Jurnalistlər İttifaqının üzvü, professor Rudolf İvanovun Bakıya səfəri çərçivəsində Azərbaycan Qafqazın inkişaf strateji araşdırmaları İnstitutunda görüşü zamanı əldə olunub.

İnstitutun direktoru Eldar İsmayılov Azərbaycan tarixinin araşdırılmasında, Azərbaycan generallarının və xanlarının sülaləsinin nümayəndələrinin şanlı həyat yolunun öyrənilməsində rus aliminin əməyini və xidmətlərini yüksək qiymətləndirib.

R.İvanov öz həmkarlarına Rusiya-Türkiyə müharibəsi zamanı Bayazid qalasının müdafiəsi zamanı azərbaycanlı generalların qəhrəman mübarizəsinə həsr etdiyi özünün yeni kitabı olan "Bayazidin müdafiəsi: həqiqət və yalan" barədə danışıb. Ötən il Rusiya televiziyası ilə 1877-1878-ci illərdə Rusiya-Türkiyə müharibəsinin faciəli epizodlarına həsr olunan "Bayazit" televiziya filmi nümayiş etdirilib. Film tarixi faktlara heç də həmişə kifayət qədər düzgün yanaşmayana Valentin Pikulun romanı əsasında çəkilib. Lakin filmin yaradıcıları tarixi reallıqlardan daha çox uzaqlaşıblar. Onun sözlərinə görə, bu zaman qalanın müsəlman mənşəli müdafıiəçiləri daha çox təhriflərə məruz qalıblar.

Filmin nümayişindən dərhal sonra Rusiyada dərc olunan "Nezavisimaya qazeta"da Rudolf İvanoviçin "Baüyazidin müdafiəsi: həqiqət və uydurma" adlı böyük bir məqaləsi dərc olunur. Müəllif burada qəhrəmanların və qalanın müdafiəçilərinin, o cümlədən, polkovnik İsmayıl xan Naxçıvanskinin əsil obrazını yaradır. Filmin yaradıcılarının fərziyyələrinin əksinə olaraq, İvanov polkovnik Naxçıvanskini fədakarlığı və qəhrəmanlığı müqabilində qalanın təslim olmasına yol verməyən "igid və vicdanlı zabit" kimi təsvir edir. R.İvanovun araşdırmalarına görə, İsmayıl xan Rusiya imperiyasının yüksək mükafatlarına layiq görülüb. Deputatın sözlərinə görə, R.İvanov öz araşdırmalarını davam etdirməklə "Bayazidin müdafiəsi: həqiqət və yalan" kitabını yazır və burada azərbaycanlıların hünər və qəhrəmanlıqları barədə danışır və Kəlbəli xan və İsmayıl xan Naxçıvanskilərin gözəl portretlərini yaradır.

Xəbər lenti

Xəbər lenti