...

Faiq Həsənov: Şəhriyar Məmmədyarov Veyk-An-Zeydə ilk onluğa daxil olmaq iqtidarındadır

Cəmiyyət Materials 14 Yanvar 2006 12:46 (UTC +04:00)

"Şəhriyar Məmmədyarovun Veyk-An-Zeydəki turnirdə əsas vəzifəsi yüksək reytinqini saxlamaqdan və ilk onluğa daxil olmaqdan ibarətdir". Bu barədə Trend ə Milli Federasiyanın vitse-prezidenti Faiq Həsənov məlumat verib.

Onun sözlərinə görə, gənclər arasında dünya birinciliyinin qalibi super turnirdə ilk dəfə iştirak edir. Ona görə də onun uğuru bir çox halda onun oyuna psixoloji cəhətdən nə dərəcədə hazır olmasından asılıdır. F.Həsənov hesab edir ki, yarışın ilk partiyasından sonra çox şey müəyyən olunur. Lakin Ş.Məmmədyarov liderlərə qarşı uğurla rəqabət aparmaq iqtidarındadır. "Əlbəttə, Veselin Topalova və Vişvanatan Ananda qarşı oynamaq asan olmayacaq, amma bizim qrossmeysterə belə təcrübə sadəcə olaraq zəruridir", -deyə sonda vitse-prezident bildirib.

Xatırladaq ki, Veyk-An-Zeydə super turnir 14 iştirakçının iştirakı ilə dairəvi sistemdə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti