...

Konstitusiya Məhkəməsinin fəaliyyəti dövründə həmin instansiya tərəfindən 122 qərar, 17 qərardad qəbul edilib

Cəmiyyət Materials 16 Yanvar 2006 18:24 (UTC +04:00)

Konstitusiya Məhkəməsinin 7 illik fəaliyyəti dövründə həmin instansiya tərəfindən ümumilikdə 122 qərar, 17 qərardad qəbul edilib. Bu barədə Trend ə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.

Həmin qərar və qərardadlardan 19 qərar - 7 qərardad 2005, 30 qərar və 7 qərardad 2004, 10 qərar 2003, 13 qərar və 1 qərardad 2002, 14 qərar və 1 qərardad 2001, 14 qərar 2000, 17 qərar və 1 qərardad 1999, 5 qərar isə 1998-ci ilin payına düşür.

Səlahiyyətli subyektlərdən daxil olmuş sorğu, müraciət və şikayət əsasında qəbul edilmiş qərar və qərardadlardan 44 qərar, 3 qərardad Ali Məhkəmənin, 13 qərar və 2 qərardad prokurorluğun, 4 qərar Nazirlər Kabinetinin, 3 qərar və 1 qərardad Ombudsmanın, 2 qərar Prezidentin sorğuları əsasında, 4 qərar və 2 qərardad məhkəmələrdən daxil olmuş müraciətlər, 36 qərar və 9 qərardad Konstitusiya şikayətləri, 16 qərar Prezident seçkilərinin nəticələrinin təsdiqi və rəsmən elan edilməsi və MM-ə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiqi ilə əlaqədar çıxarılıb.

Xəbər lenti

Xəbər lenti