...

Konstitusiya işlərinin icraatına xitam verilməsinə dair 7 qərardad qəbul edilib

Cəmiyyət Materials 16 Yanvar 2006 18:26 (UTC +04:00)

2005-ci il ərzində isə Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən mahiyyəti üzrə baxılmış konstitusiya işləri ilə əlaqədar 19 qərar, başlanmış konstitusiya işlərinin icraatına xitam verilməsinə dair isə 7 qərardad qəbul edilib.

Onlardan 6-sı Konstiusiya şikayətləri, biri isə məhkəmə müraciəti ilə əlaqədar olub. 2 Konstitusiya işi üzrə ərizəçilər sonradan ərizələrini geri götürdükləri üçün işin icraatına xitam verilib. 1 Konstitusiya işi üzrə icraata xitam verilməsinin səbəbi məhkəmə baxışı zamanı faktiki halların yoxlanılması zərurətinin yaranması və bunun Konstiusiya Məhkəməsi icraatı çərçivəsində yolverilməzliyi olub.

1 Konstitusiya işi üzrə şikayətdə qaldırılan hüquqi məsələnin həllinin ümumi yurisdiksiyası məhkəmələrin səlahiyyətində olması, digər biri üzrə apellyasiya instansiyasında ərizəçinin iddiasına dair işin icraatının təzələnərək məsələyə mahiyyəti üzrə baxılmaqla qərar çıxarılması və bununla da məhkəmə aktlarından şikayət vermək hüquqlarının sonadək tükədilməməsi təşkil edib. 1 Konstitusiya işi üzrə icraata xitam verilməsinin səbəbi isə müraciətin predmetini təşkil edən normanın Konstitusiya icraatı davam edərkən qanuna edilən dəyişikliklərlə qanunvericilikdən çıxarılması, sonuncu bir işi üzrə şikayət verməsinin qanunla müəyyənləşdirilmiş müddətin ərizəçi tərəfindən ötürülməsi və şikayətin dəlillərinin işin faktiki hallarının yoxlanılması ilə bağlı olub.

Xəbər lenti

Xəbər lenti