...

Avropa Azərbaycanlıları Konqresinin qurultay səviyyəli konfransı keçiriləcək

Cəmiyyət Materials 16 Yanvar 2006 18:36 (UTC +04:00)

Yaxın vaxtlarda Avropa Azərbaycanlıları Konqresinin (AAK) ötən 2005-ci ərzindəki fəaliyyətinə dair geniş konfransı keçiriləcək. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd edək ki, bu tədbir özündə 52 təşkilatı birləşdirən AAK-ın qurultayı səviyyəsində keçiriləcək, bir illik fəaliyyətə dair hesabat veriləcək, həmçinin qarşıda duran vəzifələrə dair müzakirələr aparılacaq, bundan sonrakı fəaliyyət planları təsdiqlənəcək. Konfrasda AAK-ın Avropadakı Azərbaycan diasporunun gücləndirilməsi istiqamətində rolunun artırılması, Azərbaycan icmalarının türk və yəhudi icmaları ilə əməkdaşlığı, digər qitələrdə yaşayan soydaşlarımızla əlaqələrin qurulması və digər məsələlər müzakirə olunacaq. Həmçinin, AAK-da bir sıra struktur dəyişikliyi də ediləcək, qurumun daha operativ idarə olunmasını təmin etmək üçün xüsusi qərargah yaradılması müzakirə olunacaq. Xüsusi qərargahda fəaliyyət göstərmək üçün bu işlə məşğul olacaq kadrlar təyin ediləcək.

Qeyd edək ki, AAK-ın rəhbər strukturları, bu quruma üzv təşkilatlar və Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi konfrasda müzakirəyə çıxarılacaq məsələlərlə bağlı hər biri ayrılıqda təkliflər hazırlayırlar. Sonra bu təkliflər ümumiləşdirilək onların əsasında konfransın gündəliyi müəyyənləşdiriləcək.

Konfrans AAK-ın mərkəzi qərargahının yerləşdiyi Almaniyada keçiriləcək. Tədbirin vaxtı isə Dünya Azərbaycanlılarının ikinci qurultayının keçirilmə vaxtından asılı olacaq.

Xəbər lenti

Xəbər lenti