...

Şəhriyar Məmmədyarov yenə də heç-heçə oynayıb

Cəmiyyət Materials 17 Yanvar 2006 11:10 (UTC +04:00)

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən iri şahmat turnirində üçüncü turun partiyaları oynanılıb. Trend in xəbər verdiyi kimi, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov hollandiyalı İ.Sokolovla görüşüb və oyun birinci partiyada olduğu kimi heç-heçə başa çatıb.

Ş.Məmmədyarov mümkün 3 xaldan 1,5 xal toplayaraq turnir cədvəlində 5-ci yerdə qərarlaşıb.

Üçüncü turda hindistanlı V.Anand ukraynalı V.İvançuku, bolqar V.Topalov fransız E.Bakronu, israilli B.Gelfand ingilis M.Adamsı, ukraynalı S.Karyakin isə amerikalı Q.Kamskini məğlub edib.

3 turdan sonra V.Anand 2,5 xalla 1-ci, V.Topalov və V.İvançuk isə hərəyə 2.0 xalla 2 və 3-cü yerləri bölüşdürür.

Bu gün keçiriləcək dördüncü turda Ş.Məmmədyarov hollandiyalı S.Tivyakovla görüşəcək.

Xəbər lenti

Xəbər lenti