...

Azərbycan ombudsmanı beynəlxalq qadınlar konqresində iştirak edəcək

Cəmiyyət Materials 17 Yanvar 2006 12:52 (UTC +04:00)

Azərbaycanın insan haqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova yaxın vaxtlarda Türkiyədə keçiriləcək "Sivilizasiyanın inkişafında qadınların rolu" mövzusuna həsr olunmuş beynəlxalq konqresdə iştirak edəcək.

Konqresin keçirilməsində məqsəd cəmiyyətin inkişafında, bəşəri dəyərlər əsasında sabitliyin və harmoniyanın qurulmasında, sülhün və təhlükəsizliyin qorunmasında qadınların səylərinin birləşdirilməsindən ibarətdir.

Konqresdə Marqaret Tetçer, Madlen Olbrayt, Hillari Klinton, Nobel mükafatı laureatı Şirin İbadi, İordaniyanın keçmiş kralının həyat yoldaşı şahzadə Nur kimi görkəmli ictimai-siyasi xadimlər və başqaları iştirak edəcək.

Elmira Süleymanova sessiyada "Müstəqillik dövründə demokratikləşmə və qadın təşkilatları" mövzusunda məruzə ilə çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti