...

Həcc ziyarətindən qayıdan azərbaycanlı zəvvarlardan ibarət birnci təyyarə bu gün axşam Bakıda yerə enəcək

Cəmiyyət Materials 17 Yanvar 2006 14:25 (UTC +04:00)

Həcc ziyarətindən qayıdan azərbaycanlı zəvvarlardan ibarət birnci təyyarə bu gün axşam Bakıda yerə enəcək. Bu barədə Trend ə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Məlumata görə, təyyarələr gündə iki reys yerinə yetirərək zəvvarları vətənə çatdıracaq.

İdarədə o da bildirilib ki, artıq bir neçə avtobus İran ərazisinə daxil olub, 20-yə qədər avtobus isə bu gün axşam İranda olacaq.

İndiyə kimi zəvvarlar yolda heç bir problemlə qarşılaşmayıb. Təşkilatçılar onların təhlükəsizliyini təmin etmək üçün bütün tədbirləri görür.

Xəbər lenti

Xəbər lenti