Azərbaycanın insan haqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova və ölkədə ictimai-siyasi fəallığına görə fərqlənən bir neçə qadın sülhməramlı səfir diplomuna layiq görülüblər. Bu barədə Trend ə Ombudsman Aparatından məlumat verilib.
E.Süleymanova bu mükafata insan hüquqlarının müdafiəsi və həyata keçirilməsi sahəsində səmərəli fəaliyyətinə, mənəvi dəyərlərin qorunub saxlanmasının təmin edilməsi, dinlərarası əməkdaşlığın inkişafı, sülh mədəniyyətinin bərqərar olması istiqamətindəki səylərinə görə layiq görülüb.
Qeyd edək ki, E.Süleymanovanın adı Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Zemfira Verdiyeva tərəfindən Beynəlxalq Sülh Federasiyasına və Sülh Uğrunda Beynəlxalq Dinlərarası Federasiyaya təqdim edilib. Ombudsman bir neçə beynəlxalq mükafatın da sahibidir.