...

İçərisində azərbaycanlı zəvvarların olduğu avtobus Suriya ərazisində qəzaya uğrayıb

Cəmiyyət Materials 18 Yanvar 2006 12:49 (UTC +04:00)

Trend in ANS telekanalına istinadən xəbər verdiyi kimi, bu gecə içərisində azərbaycanlı zəvvarların olduğu avtobus Suriya ərazisində qəzaya uğrayıb.

Zəvvarlardan birinin sözlərinə görə, yol-qəza hadisəsi nəticəsində bir zəvvar həlak olub, bir neçəsi isə yaralanıb. Onların şəxsiyyəti və vəziyyəti barədə hələlik heç bir məlumat yoxdur.

Xatırladaq ki, avtobuslar Səudiyyə Ərəbistanı-İordaniya-Suriya-Türkiyə-İran-Azərbaycan marşrutu ilə hərəkət edirdi. Birinci avtobus artıq bu gün səhər Bakıya çatıb. Birinci təyyarənin isə paytaxta bu gecə çatacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti