...

Azərbaycan fiqurlu konki sürənləri dünya çempionatının ilk onluğuna daxil olub

Cəmiyyət Materials 18 Yanvar 2006 15:12 (UTC +04:00)

Azərbaycanın fiqurlu konkisürmə üzrə rəqs cütlüyü Kristin Freyzer - İqor Lukanin Lionda keçirilən dünyanı çempionatında vacib proqramın icrasından sonra ilk onluğa daxil olub.

Trend ə daxil olan məlumata görə, buz üzərinə ilk çıxışından sonra idmançılar 6.11 bal toplayaraq 9-cu yeri tutublar. Bu zaman Pekində keçiriləcək Qış Olimpiya oyunlarının gələcək iştirakçıları Yana Xoxlova və Sergey Novitskinin şəxsində rusiyalı duet, Fransadan Natali Peşe - Fabiano Borzo və digərləri irəlidədirlər.

Mundialda liderliyi ukraynalı cütlük Yelena Qruşina- Ruslan Qonçarov əldə edib. Onların ardınca isə litvalı Marqarita Drobyazko - Povilas Vanaqas, üçüncü yerdə qitənin hazırki çempionları Tatyana Navka və Roman Kostomarov gedir.

Xəbər lenti

Xəbər lenti