...

Akif Məhərrəmovun həbs müddəti 3 ay müddətinə uzadılıb

Cəmiyyət Materials 18 Yanvar 2006 16:47 (UTC +04:00)

Səhiyyə Nazirliyinin Əczaçılıq və tibbi texnika şöbəsinin sabiq rəisi Akif Məhərrəmovun həbs müddəti 3 ay müddətinə uzadılıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşı Əntiqə Qonaqova məlumat verib.

İstintaq müddətinin uzadılmasına səbəb istintaq hərəkətlərinin başa çatmaması ilə əlaqədardır. Belə ki, MTN-nin İstintaq İdarəsi tərəfindən Akif Məhərrəmova qarşı irəli sürülən ittihamlarla bağlı şahidlərin dindirilməsi davam edir.

Növbəti həbs müddəti 21 aprel 2006-cı il tarixdə bitəcək.

Xəbər lenti

Xəbər lenti