...

Çempionlar Liqasının dörddə bir finalında "AzərReyl" "Foppapedretti" ilə görüşə bilər

Cəmiyyət Materials 18 Yanvar 2006 17:26 (UTC +04:00)

Çempionlar Liqasının dörddə bir finalında qadınlardan ibarət "AzərReyl" klubu Berqamonun "Foppapedretti" klubu ilə görüşə bilər.

Trend bildirir ki, turnirin reqlamentinə əsasən, "V" qrupunda üçüncü yeri tutan dəmir yolçular pley-off mərhələsində "A" yarımqrupunun qalibi ilə görüşməlidir. Burada mübarizədə "Kanna"nın qalib gəlməsinə baxmayaraq Avropa Konfederasiyası (CEI) yəqin ki, məhz fransızlara komandanın seçimsiz keçəcəyi Finala keçmək hüququnu etibar edəcək.Belə olan halda "A" qrupunun qalibi avtomatik olaraq "Foppapedretti" olacaq.

Qeyd etmək lazımdır ki, "AzərReyl" birinci mərhələni ikinci yerdə başa vurmaq şansı əldə etdi, amma səfərdə "Günəş Vaqifbank"dan 1:3 hesablı məğlubiyyət klubun planını dəyişdi.

Xəbər lenti

Xəbər lenti