...

Ombudsman BMT-nin rezident-əlaqələndiricisi Marko Borsottini qəbul edib

Cəmiyyət Materials 18 Yanvar 2006 19:55 (UTC +04:00)

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova BMT-nin rezident-əlaqələndiricisi Marko Borsottini qəbul edib. Trend xəbər verir ki, görüşdə insan hüquq və azadlıqlarının qorunması, sülhün, sabitliyin və demokratik dəyərlərin bərqərar olunması barədə məsələlər müzakirə edilib.

E.Süleymanova BMT-nin bölmələri - BMT İP, BMT QAK, UNİSEF, UNİFEM, UNESEO və başqa ixtisaslaşmış qurumları ilə səmərəli əməkdaşlıq əlaqələri qurulduğunu, insan hüquqları üzrə birgə layihələr həyata keçirildiyini vurğulayıb. O, həmçinin BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının və UNİFEM-in Azərbaycanda nümayəndəliklərinin açılması təklifini irəli sürüb.

M.Borsotti Azərbaycanın davamlı inkişafında Ombudsman təsisatının əhəmiyətli rol oynadığını qeyd edib, müvəkkilin fəaliyyətini xüsusi vurğulayıb. Bu görüşün Azərbaycan ombudsmanının BMT-nin ölkəmizdəki bölmələri ilə əməkdaşlığının daha da genişləndirilməsinə imkan yaradacağı qeyd edilib.

Xəbər lenti

Xəbər lenti