...

Azərbaycanlı zəvvarları gətirən avtobus Naxçıvanla səhdəddə yaxınlaşıb

Cəmiyyət Materials 19 Yanvar 2006 15:04 (UTC +04:00)

Yanvarın 18-də 6 azərbaycanlı zəvvarı ziyarətdən gətirərkən Hamax şəhərinin yaxınlığında (Suriyanın mərkəzi-qərbi) qəzaya uğramış avtobusun sərnişinləri artıq Türkiyə ərazisindədirlər. Bu barədə Trend ə Dini qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, sərnişin avtobusu artıq Naxçıvanla sərhəd bölgəmində yerləşən İqdır şəhəri istiqamətində hərəkət edir.

Qəza nəticəsində həlak olmuş Hacı Rafiq Babayevin cəsədi də həmin avtobusdadır. Yaralanmış avtobus sürücüsü isə hazırda Suriyanın müvafiq xəstəxanasında müalicə olunur. Həcc ziyarətindən qayıdan sərnişinlər Naxçıvana çatan kimi dərhal təyyarə ilə Bakıya çatdırılacaqlar.

Xəbər lenti

Xəbər lenti