...

"Qafqaz" gimnaziyasında ombudsman Elmira Süleymanova ilə görüş keçirilib

Cəmiyyət Materials 19 Yanvar 2006 18:45 (UTC +04:00)

Yanvarın 19-da "Çağ" Öyrətim İşlətmələri Şirkətinin "Qafqaz" gimnaziyasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Elmira Süleymanov ilə görüş keçirilib. Bu barədə Trend ə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycan-Türkiyə Özəl Litseyləri Baş İdarəsinin rəisi Adəm Önal və "Qafqaz" gimnaziyasının müdiri Kamal Kamançı ombudsmana bu təhsil ocağı barədə məlumat veriblər. "Çağ" Öyrətim İşlətmələri Şirkətinə daxil olan təhsil ocaqlarının səviyyəsi, əldə etdiyi uğurları, orada təhsil alan tələbə və şagirdlərin beynəlxalq səviyyəli bilik yarışlarında qazandıqları çoxsaylı uğurları haqqında danışıblar.

Elmira Süleymanova da öz növbəsində gimnaziyanın şagirdləri qarşısında çıxış edərək 20 Yanvar faciəsi barədə danışıb, bu dəhşətli hadisənin insan hüquq və azadlıqlarına qarşı törədilmiş bəşəri cinayət olduğunu diqqətə çatdırıb. O, həmçinin İnsan Hüquqları üzrə Müvəkkilin səlahiyyətləri, fəaliyyəti barədə də uşaqlara ətraflı məlumat verib, Ombudsman təsisatının hüquqi nəşrlərini gimnaziyaya hədiyyə edib.

Xəbər lenti

Xəbər lenti