...

Eduard Malofeyev: ""Neftçi" səmimi oyun nümayiş etdirib"

Cəmiyyət Materials 23 Yanvar 2006 16:36 (UTC +04:00)

"Kaunsa"ın baş məşqçisi Eduard Malofeyev hesab edir ki, Birlik Kubokunda "Neftçi" səmimi oyun nümayiş etdirdiyinə görə qalib gəlib.

Trend in xəbər verdiyi kimi, Litva klubunun məşqçisi, SSRİ-nin əməkdar məşqçisi Eduard Malofeyev qalibləri ürəkdən təbrik edərək bəyan edib ki, onun yetirmələrində bu səmimilik çatışmırdı. "Mən "Kaunsa"la cəmi 2 aydır işləyirəm. Mən gənc deyiləm, lakin təcrübəliyəm və düşünürəm ki, bu oyunçuları yığma səviyyəsinə çatdırmağa nail olacam. İrrasionalizm və demonizmdən danışanda mən insanların səmimi, saf, iradəli və dözümlü olmasını nəzərdə tuturam. Litvada yaxşı komanda və yaxşı oyunçular var. Əgər "Kaunas"ı bundan sonra da mənə etibar etsələr, mən bu komanda ilə məmnuniyyətlə işləyəcəm", - deyə o sonda qeyd edib.

Xəbər lenti

Xəbər lenti