...

TQDK-nin nümayəndə heyəti ETS proqramında iştirak edəcək

Cəmiyyət Materials 23 Yanvar 2006 17:20 (UTC +04:00)

Fevralın 6-17-də Azərbaycanın tələbə qəbulu üzrə Dövlət komissiyasının (TQDK) sədri Məleykə Əsədovanın başçılıq etdiyi nümayəndə heyəti ABŞ-ın "Təhsil test xidməti" təşkilatı tərəfindən Priston şəhərində təşkil edilmiş "Təhsil testi üzrə tədris səfəri" proqramında iştirak edəcək. Bu barədə Trend ə TQDK-də bildirilib.

Proqramın məqsədi imtahan strukturunun təkmilləşdirilməsi, test hazırlığı, testin nəticələrinin yoxlanılması və digər məsələlərlə bağlı təcrübə əldə olunmasıdır. Proqramın iştirakçıları ABŞ-ın ali məktəblərinə tələbə qəbulu sistemi ilə tanış olacaq.

Xəbər lenti

Xəbər lenti