...

Ekologiya nazirliyi yeni layihə çərçivəsində tədbirlər həyata keçirir

Cəmiyyət Materials 23 Yanvar 2006 17:51 (UTC +04:00)

AR ekologiya və təbii sərvətlər Nazirliyi yeni "Azərbaycanın kənd ətraf mühiti" layihəsi çərçivəsində tədbirlər həyata keçirir. Bu barədə Trend ə nazirlikdə bildirilib.

Dövlət strukturunda qeyd olunub ki, layihənin əsas komponentlərindən biri mühafizə edilən ərazilərin yaradılması və idarə edilməsidir ki, bu da ümumi sahəsi 113 min ha. olan Şahdağ Milli Parkının, Ordubad milli parkı sahəsinin 43 min hektaradək genişləndirilməsinin, 9 min hektar sahədə yeni meşələrin salınmasının hüquqi nöqteyi nəzərdən yaradılmasını əhatə edir.

"Nazirliyin müvafiq departamentləri adıçəkilən məsələlərlə bağlı artıq işə başlayıb"-deyə nazirlikdə bildirilib.

Nazirlikdə qeyd olunub ki, 2001-ci ildən ekologiya nazirliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanda 6 milli park yaradılıb.

Azərbaycan hökuməti ilə Dünya bankı arasında yeni "Azərbaycanın kənd ətraf mühiti" layihəsinin icrasına yardımla bağlı kredit və 2 qrant sazişi yanvarın 17-də ekologiya nazirliiyndə imzalanıb.

Layihənin ümumi dəyəri $17,1 mln. təşkil edir. Bundan $8 mln. Beynəlxalq İnkişaf Assosiasiyasının, $5 mln. Qlobal Gkologiya Fondu və $2,72 mln. Yaponiya hökuməti tərəfindən ayrılmış qrantın payına düşür. Azərbaycanın layihədə iştirak payı $1,38 mln. təşkil edir. Layihənin əsas məqsədi iki dağ regionunda müxtəlif bitki ehtiyatlarının müdafiəsi, təbii ehtiyatların idarə edilməsi, bu ərazilərin ekoloji sağlamlığının və meşələrinin məhsuldarlığının bərpasıdır.

Xəbər lenti

Xəbər lenti