...

Ombudsman UNİFEM-in nümayəndələrini qəbul edib

Cəmiyyət Materials 23 Yanvar 2006 18:41 (UTC +04:00)

Yanvarın 23-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova UNİFEM-in regional layihə üzrə baş texniki məsləhətçisi Kristin Arabı və bu qurumun "Qadınlar Cənubi Qafqazda münaqişələrin qarşısının alınması və sülh yaradılması uğrunda" layihəsinin milli əlaqələndiricisi Gülşən Paşayevanı qəbul edib. Bu barədə Trend ə Ombudsman Aparatından məlumat verilib.

Görüş zamanı E.Süleymanova Azərbaycanda əhalinin müxtəlif təbəqələrinin, o cümlədən qapdınların hüquqlarının müdafiəsi istiqamətində görülmüş işlər barədə qonaqlara geniş məlumat verib. O, Ombudsman təsisatının yarandığı ilk gündən qadınların hüquqlarının müdafiəsinə və təbliğinə böyük diqqət yetirildiyini, Ombudsmanın müxtəlif sahələr, o cümlədən gender bərabərliyi və uşaq hüquqları üzrə ixtisaslaşmış məsləhətçilərinin olduğunu qeyd edib. Qonaqların diqqətinə çatdırılıb ki, UNİFEM-in ölkəmizdəki layihəsi çərçivəsində işgüzar əlaqələr qurulur, Ombudsman Aparatında bu məsələ ilə bağlı tədbirlər keçirilir.

E.Süleymanova UNİFEM-lə gələcək əməkdaşlığın daha da iöhkəmləndirilməsi və inkişaf etdirilməsi məqsədi ilə bir sıra təkliflər də irəli sürüb.O, UNİFEM-in Azərbaycanda yalnız layihə ilə təmsil edildiyini, onun rəsmi nümayəndəliyinin olmadığını vurğulayaraq bu qurumun ölkəmizdə öz nümayəndəliyi ilə təmsil edilməsinin zəruriliyini diqqətə çatdırıb.

Xəbər lenti

Xəbər lenti