...

Namiq Abdullayev İvan Yarıqinin xatirəsinə həsr olunmuş turnirdə çıxış edəcək

Cəmiyyət Materials 23 Yanvar 2006 20:24 (UTC +04:00)

Sərbəst güləş üzrə Olimpiya çempionu Namiq Abdullayev yanvarın 27-də Krasnoyarskidə keçiriləcək İvan Yarıqinin xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq turnirdə çıxış edəcək.

Milli Federasiyada Trend ə bildirilib ki, komandanın tərkibinə həmçinin Avropa çempionatının finalçısı Elman Əsgərov (66 kq), Afina Oyunlarının iştirakçısı Elnur Aslanov (74 kq) da daxildir. Eyni zamanda məşqçilərin əsas diqqəti travmalı olduğu üçün milli çempionatda iştirak edə bilməyən N.Abdullayevin (55 kq) çıxışına yönələcək. Amma yığmanın məşqçisi Aslan Ağayev hesab edir ki, pəhləvan xalça üzərinə yenidən çıxmaq üçün özünü kifayət qədər hazırlayıb.

Qeyd etmək lazımdır ki, Krasnoyarskidə keçirilən yarış "Qızıl Qran-Pri" oyunlarının birinci mərhələsi olacaq və onun finalı yayda Bakıda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti