...

"Novruz-2006" futzal turnirində 8 ölkədən komandalar iştirak edəcək

Cəmiyyət Materials 24 Yanvar 2006 14:36 (UTC +04:00)

8 ölkədən olan komandalar martın 15-21-də idman sarayında keçiriləcək futzal üzrə "Novruz-2006" ənənəvi beynəlxalq turnirində iştirak etməyi planlaşdırır.

AFFA-dan Trend ə verilən məlumata görə, Ukrayna, Rusiya, Hollandiya, Belçika, Gürcüstan, İran və Qazaxıstandan klublar yarışda iştirak etmək niyyətindədir. Ev sahibləri ölkə çempionu və ölkə kubokunun sahibi "Araz", həmçinin, milli birinciliyin gümüş mükafatçısı "Asfen"lə təmsil olunacaq.

Turnir cədvəlinə əsasən, komandalar mükafat uğrunda mübarizənin aparılacağı iki qrupa ayrılacaq.

Xəbər lenti

Xəbər lenti