...

"Yeni fikir" Gənclər Təşkilatının sədrinə qarşı yeni ittiham irəli sürülüb

Cəmiyyət Materials 25 Yanvar 2006 14:48 (UTC +04:00)

Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən "Yeni fikir" Gənclər Təşkilatının sədri, hazırda həbsdə olan Ruslan Bəşirliyə qarşı yeni ittiham irəli sürülüb. Bu barədə Trend ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

İstintaq İdarəsində aparılan istintaq zamanı müəyyən edilib ki, Ruslan Bəşirli qeyri-hökumət təşkilatı olan "Yeni fikir" Gənclər Təşkilatının sədri kimi qanunsuz fəaliyyət göstərərkən vergidən yayınıb.

Vergilər Nazirliyi tərəfindən təşkilatda aparılan yoxlamalar zamanı R.Bəşirlinin qanunsuz sahibkarlıqla məşğul olması və vergidən yayınması nəticəsində dövlətə 19 milyon manat zərər vurması da müəyyən edilib.

Bununla da hakimiyyəti zorla ələ keçirməyə və dövlət çevrilişinə cəhddə təqsirli bilinən R.Bəşirliyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192-ci maddəsi (Qanunsuz sahibkarlıq) ilə yeni ittiham irəli sürülüb.

Xəbər lenti

Xəbər lenti