...

"Jurnalist kütləvi aksiyalar zamanı necə davranmalıdır?" tövsiyələri qəbul olunub

Cəmiyyət Materials 26 Yanvar 2006 14:37 (UTC +04:00)

Azərbaycan Mətbuat Şurasının "Jurnalist kütləvi aksiyalar zamanı necə davranmalıdır?" adlı tövsiyələr toplusu müəyyən düzəlişlərlə qəbul olunub. Bu barədə Trend ə Mətbuat Şurasından məlumat verilib.

Mətbuat Şurası İdarə Heyətinin son iclasında Tövsiyələr müzakirəyə çıxarılıb. Sənədin sırf tövsiyə xarakteri daşıması, mətninin daha da dolğunlaşdırılması üçün əvvəlki variantlar təkrarən işlənilib və bir sıra fikirləri mətndən çıxarılıb, ora yeniləri əlavə edilib. Düzəlişlərdən sonra Tövsiyələr qəbul olunub.

Aparıcı ölkələrin təcrübəsi əsasında hazırlanan tövsiyələr 12 bənddən ibarətdir. Sənədin qayəsini kütləvi aksiyalar zamanı peşə vəzifəsini yerinə yetirən jurnalistin öz təhlükəsizliyinə məsuliyyətlə yanaşması təşkil edir. İrəli sürülən tövsiyələr sırasında jurnalistlərin kütləvi aksiyalarda Azərbaycan Mətbuat Şurasının xüsusi geyimlərində olmaları, yalnız peşə vəzifəsindən irəli gələn fəaliyyətə diqqət yetirmələri, ekstremal şəraitlərdə Şuranın Monitorinq Qrupu ilə təmasda olmaları, peşə vəzifəsini yerinə yetirərkən təzyiqə məruz qaldıqda necə davranmaları və digər məsələlər barədə tövsiyələr öz əksini tapıb.

Xəbər lenti

Xəbər lenti