...

Vakant hakim yerlərinə imtahanların ikinci mərhələsində uğur qazanmayan 36 namizədin apellyasiya şikayəti təmin olunmayıb

Cəmiyyət Materials 26 Yanvar 2006 17:43 (UTC +04:00)

Vakant hakim yerlərinə imtahanların ikinci mərhələsində uğur qazanmayan 36 namizədin apellyasiya şikayəti təmin olunmayıb. Bu barədə Trend ə Məhkəmə Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov məlumat verib.

C.Hüseynovun sözlərinə görə, vakant hakim yerlərinə keçirilmiş imtahanların nəticələrindən narazı qalan və apellyasiya şikayəti təmin olunmayan 36 namizəd növbəti mərhələdə iştirak etməyəcək.

"Şikayətlər üzrə Hakim Seçki Komitəsi tərəfindən rəsmi rəy hazırlanıb. Hakimlərin Seçki Komitəsinin fevralın ilk ongünlüyünə planlaşdırılmış iclasında yekun nəticələr müzakirə ediləcək və müvafiq qərar qəbul olunacaq"-deyə C.Hüseynov bildirib.

Fevralın ikinci yarısından başlayaraq imtahanların üçüncü mərhələsinə hazırlıq prosesi başlanacxaq. Qeyd edək ki, bu mərhələ şifahi imtahandan ibarətdir.

Xəbər lenti

Xəbər lenti