...

Ombudsman Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsinin 5-ci ildönümünə həsr olunmuş yığıncaq keçirib

Cəmiyyət Materials 26 Yanvar 2006 20:16 (UTC +04:00)

Ombudsman Elmira Süleymanova yanvarın 25-də Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsinin 5-ci ildönümünə həsr olunmuş yığıncaq keçirib. Trend bildirir ki, yığıncaqda çıxış edən ombudsman öz müstəqilliyini bərpa edən Azərbaycanın 2001-ci il yanvarın 25-də Avropa Şurasına üzv qəbul olunmasını ölkənin inteqrasiya siyasətinin bir nəticəsi olduğunu qeyd edib.

Ombudsman həm də qeyd edib ki, bugünkü gündə AŞ Avropa məkanında insan hüquqlarının müdafiəsini təmin edən təşkilat kimi tanınır və demokratik prinsiplərə əsaslanır.Qeyd olunub ki, AŞ-nin insan hüquqları sahəsində fəaliyyətinin əsas istiqamətlərindən biri beynəlxalq müqavilələrin işlənib-hazırlanmasıdır. "Hazırda AŞ çərçivəsində insan hüquqları, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrə həsr olunmuş bir çox konvensiyalar qəbul olunub. Azərbaycan 30-dan çox konvensiyaya qoşulub" -deyə E. Süleymanova qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanın AŞ ilə uğurlu əməkdaşlığına misal olaraq insan hüquqları üzrə Müvəkkil haqqında qanunun və Seçki Məcəlləsinin qəbul edilməsi, Avropa Sosial Xartiyasının təsdiq edilməsi və digər öhdəlikləri göstərmək olar.

Tədbirdə R. Vallenberq adına İnsan Hüquqları və Humanitar Hüquq İnstitutunun beynəlxalq eksperti Bill Çapmen iştirak edib.

Xəbər lenti

Xəbər lenti