...

Sergey Karyakin: "Şəhriyar Məmmədyarovla aramızda olduqca gərgin rəqabət var"

Cəmiyyət Materials 27 Yanvar 2006 14:38 (UTC +04:00)

"Şəhriyar Məmmədyarovla aramızda olduqca gərgin rəqabət var". Bu barədə Veyk-An-Zee şəhərində keçirilən beynəlxalq şahmat turnirində azərbaycanlı rəqibi ilə oynadığı partiya ilə bağlı təəssüratları ilə bölüşən ukraynalı qrossmeyster Sergey Karyakin bəyan edib.

O bildirib ki, gənclər arasında dünya birinciliyinin qalibi ilə görüşün yekunlarından razıdır. "Mən hiss edirdim ki, o, hücum etməyi sevir, burada isə səbirlə müdafiə olunmalısan",-deyə ukraynalı şahmatçı xatırlayır. O qeyd edib ki, Hollandiyada keçirilmiş "B" turnirinin keçən ilki partiyası heç-heçə başa çatıb. "Şəhriyar "Aeroflot-Open" turnirində məni demək olar ki, dərhal məğlub etdi, indi isə mən ona qalib gəlmişəm", - deyə S.Karyakin vurğulayıb.

Qeyd etmək lazımdır ki, Veyk-An-Zee turnirində Sergey 5-ci, Şəhriyar isə 11-ci yerdə qərarlaşıb.

Xəbər lenti

Xəbər lenti