...

"Molla Nəsrəddin" jurnalının internet versiyası hazırlanır

Cəmiyyət Materials 27 Yanvar 2006 16:00 (UTC +04:00)

Söz Azadlığını Müdafiə Fondu "Molla Nəsrəddin" jurnalı və Cəlil Məmmədquluzadənin yaradıcılığına həsr olunan ilk veb saytını yaradır. Bu barədə Trend ə həmin Fonddan məlumat verilib.

Qeyd edək ki, bu ilin aprel ayında Azərbaycanın ilk satirik jurnalı olan "Molla Nəsrəddin"in birinci nömrəsinin çapdan çıxmasının 100 illiyi tamam olur. Görkəmli yazıçı Cəlil Məmmədquluzadənin təşəbbüsü , redaktorluğu və naşirliyi ilə fəaliyyətə başlayan "Molla Nəsrəddin" milli mətbuatımızın inkişafında yeni mərhələ olub. Söz Azadlığını Müdafiə Fondu "Molla Nəsrəddin"in tədqiqi ilə ilə bağlı geniş fəaliyyətə başlayıb və aprel ayınadək jurnalın və onun tarixi, C.Məmmədquluzadənin həyat və yaradıcılığı haqqında internetsaytını ictimaiyyətə təqdim edəcək. Bundan başqa Fond "MollaNəsrəddin" jurnalının 100 illiyinə orijinal təqvimlərin nəşrinidə planlaşdırır.

Xəbər lenti

Xəbər lenti