...

Xarkov Beynəlxalq Slavyan Universitetində Azərbaycan sinfi açılacaq

Cəmiyyət Materials 27 Yanvar 2006 17:16 (UTC +04:00)

Yaxın vaxtlarda Ukrayna Respublikasının Xarkov şəhərində yerləşən Beynəlxalq Slavyan Universitetində Azərbaycan dili, tarixi və mədəniyyətini tədris edən sinif açılacaq. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Ukrayna Azərbaycanlıları Konqresindən Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinə verilən məlumata görə, bu məsələ ilə əlaqədar artıq Beynəlxalq Slavyan Universitetinin rəhbərliyi ilə müvafiq razılıq əldə edilib. İdeyanın əsas məqsədi ukraynalı tələbələrə Azərbaycanın mədəniyyətini, tarixini tədris etməkdən, habelə onları Ukrayna ilə Azərbaycan arasında ələqalərin bütün sahələri barədə məlumatlandırmaqdan ibarətdir.

Universtitetdə Azərbaycan sinfinin açılışının 2006-cı ilin fevral ayında reallaşacağı gözlənilir. Dövlət Komitəsi sinfin açılışına yardım etmək məqsədilə Xarkov Beynəlxalq Slavyan Universitetinin rus bölmələri üçün nəzərdə tutulmuş Azərbaycan dili dərsliyi, lüğət və danışıq kitabçaları, Azərbaycan ədəbiyyatına dair sorğu kitabı, ölkəmizin tarixi və mədəniyyətindən bəhs edən ədəbiyyatlar, tanınmış rəssamların əsərləri, milli geyim nümunələri və milli musiqi alətləri ilə təmin etməyi öz üzərinə götürüb.

Xəbər lenti

Xəbər lenti