...

Ağası Məmmədov fevralda rinqə qayıda bilər

Cəmiyyət Materials 28 Yanvar 2006 12:20 (UTC +04:00)

"Ağası Məmmədov qəzadan sonra əvvəlki vəziyyətinə tam qayıdıb və biz fevralda keçiriləcək ölkə çempionatında onun rinqə qayıtmasını gözləyirik". Bu barədə Trend ə Milli Federasiyanın prezidenti Ağacan Əbiyev yaxın vaxtlarda dünya çempionunun böyük idmana qayıtması ehtimalını şərh edərkən bildirib.

O, qeyd edib ki, Olimpiadanın bürünc medalçısının vəziyyəti artıq narahatlıq yaratmır - o, məşqlərə yenidən başlamaq üçün tamamilə formadadır. Hər şey yaxşı olsa, boksçu artıq mövsümün ikinci yarısında səfər turnirlərində iştirak edə bilər. A.Məmmədov Ümumdünya həvəskar boks assosiasiyasının (AIBA) rəhbəri Ənvər Çoudrinin Kubokunda da çıxış etməyi planlaşdırır. "Mən idmançının arzusunu alqışlayıram və o, beynəlxalq arenada öz qüvvəsini sınaya bilər" -deyə A.Əbiyev öz fikrini bitirib.

Xəbər lenti

Xəbər lenti