...

Beynəlxalq ekspertlər Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə bağlı atılmış addımları müsbət qiymətləndirir

Cəmiyyət Materials 28 Yanvar 2006 13:20 (UTC +04:00)

Azərbaycan insan hüquqlarının müdafiəsi istiqamətində müsbət addımlar atır və bu sahədə beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq edir. Azərbaycanın ombudsman aparatında Trend ə bildirilib ki, bu barədə İsveçin R.Vallenberq adına İnsan hüquqları və Humanitar Hüquqlar İnstitutunun beynəlxalq eksperti Bill Çapmen Azərbaycanın insan haqları üzrə Müvəkkili Elmira Süleymanova ilə görüşündə bəyan edib.

O, institut rəhbərliyinin Azərbaycan ilə səmərəli əməkdaşlığı davam etdirmək niyyətini bildirib.

Azərbaycan ombudsmanı eksperti ölkədə aparılan demokratikləşdirmə prosesi, hüquqi islahatlar, insan haqlarının və azadlıqlarının təmin edilməsi sahəsində görülən işlər barədə məlumatlandırıb.E.Süleymanova Azərbaycan tərəfinin İnstitut ilə birgə layihənin ikinci mərhələsinə başlamaq istəyini ifadə edib. Layihənin birinci mərhələsi artıq başa çatıb və indi ikinci mərhələyə hazırlıq üzərində işlər aparılır.

Xəbər lenti

Xəbər lenti